Fəxrəddin  VEYSƏLLİ

Filologiya elmləri doktoru, professor

   
   
   
   
   
   
Baş səhifə
   
Haqqında
Kitablar
Məqalələr
Şəkillər
Video
“Azərbaycanda xarici dillər” jurnalı
Hesabatlar
Arxiv
Əlaqə
   
   
   
   
   
17.1.2017

Filologiya elmləri doktoru , professor Fəxrəddin Yadigar oğlu Veysəllinin 2008-2013-cü illər üçün elmi hesabatı


2008

1. Dilöyrənmənin praqmatik aspekti. “Orta və ali məktəblərdə xarici dilin tədrisinin aktual problemləri”. Respublika konf ransının materialları. (30-31.10.2008). Bakı, 2008, s. 214-218.
2. Bizə hansı qrammatika lazımdır? ADU. “Dil və ədəbiyyat”. Bakı, 2008, №2 (6), s.30-44.
3. Azərbaycan dilində sözün prosodik modelinin ikizirvəliliyinə dair. “Dil və ədəbiyyat və onların tədrisinin aktual problemləri” Studia in Honorem prof. F.Veysəlli. Bakı, “Mütərcim”, 2008, s. 176-192.
Kitabları
F.Y.Veyselli. Azerbaycan türkcesi fonetiği. Ankara, 2008, 176 s. Tərcüməsi və ön söz prof. M.Musaoğlunundur.
Kitab 1993-cü ildə Bakıda “Maarif” nəşriyyatında çapdan çıxmış “Fonetika və fonologiya məsələləri” adlı əsərin Türkiyə türkcəsinə tərcüməsidir. Kitaba yazdığı “Girişdə” tərcüməçi, filol.e.d., prof M.Musaoğlu onun türkologiyaya gətirdiyi yenilikləri incələyir və Türkiyə universitetləri üçün dəyərli bir mənbə olacağını xüsusi qeyd edir.

________________________________________
F.Y.Veysəlli. Dil, ədəbiyyat və onların tədrisi metodikasının aktual problemləri. Bakı, 2008, 182 s.
Toplu görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor F.Y.Veysəllinin anadan olmasının 65, elmi-pedoqoji yaradıcılığının 45 illiyinə həsr edilmişdir. Topluda Respublikamızın tanınmış alimlərinin yubilyar haqqında ürək sözləri və müəllifin elmi yaradıcılığına yaxın olan mövzularla bağlı məqalələr çap olunmuşdur.
________________________________________
F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. II. Bakı,“Mütərcim”, 2008, 307 s.
Kitabda morfemika və sintaqmatika məsələləri bir neçə dilin materialı əsasında tədqiq olunur, ayrı-ayrı dilçilik məktəblərinin əsas nəzəriyyələri açılıb göstərilir, morfem və sintaktik konstruksiyalar sahəsində son elmi araşdırmalar çoxsaylı nümunələr əsasında izah olunur. Əsərdə dünya dilçiliyinə töhvə vermiş V.fon Humboldt və N.Xomskiyə ayrıca fəsillər həsr edilmişdir.

2009

4. Anlam və işarə haqqında. Alman dili fakültəsinin müstəqil fəaliyyət göstərməsinin 60 illiyinə həsr edilmiş elmi-praktik konfransın tezisləri. (19 dekabr 2009-cu il). Bakı, 2010, s. 12-15.
6.. “Dilçilik ensiklopediyası”-nın tərtib prinsipləri haqqında. «Azərbaycanda Xarici Dillər», №3-4, Bakı, 2009, s. 5 – 8.

Kitabları

F.Y.Veysəlli. Seçilmiş əsərlər. I cild. Bakı, “Mütərcim”, 2009, 639 s.
Bu cilddə müəllifin elmi yaradıcılığa başladığı ilk gündən son illərə qədər müxtəlif elmi-nəzəri jurnallarda çap etdirdiyi məqalələri toplanmışdır.
________________________________________
F.Y.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. III. Bakı, “Mütərcim”, 2009, 266 s.
Kitabda semantika və praqmatikanın nəzəri və praktik problemləri, işarə-referens, propozisiya və presuppozisiya məsələləri habelə, anlam, məna və məzmun anlayışları işıqlandırılır.
________________________________________

2010

Kitabları


F.Yadigar (Veysəlli). Mirzə Şəfi Vazeh və Fridrix fon Bodenştedt: yozmalar və faktlar. Bakı, “Təhsil”, 2010, 156 s.
Kitabda Mirzə Şəfi və Fridrix fon Bodenştedt əlaqələri geniş şərh olunur, indiyə qədər ədəbiyyatşünaslığımıza bəlli olmayan məqamlar alman mənbələri əsasında araşdırılaraq təhlil olunur.
________________________________________
F.Y.Veysəlli. Semiotika. Studia Philologica. İV, “Mütərcim”, 2010, 334 s.
Kitabda işarələrin mahiyyəti, növləri və funksiyaları, işarə nəzəriyyəsi və işarə sistemləri araşdırılır, onların ontogenezi və filogenezi açıqlanır, işarənin fəlsəfi baxımdan izahı verilir. İşarə ilə bağlı çoxsaylı məxəzlər kitabda geniş təhlil olunur.
Kitab dil fəlsəfəsi ilə məşğul olan, dili tədqiqat obyekti seçən mütəxəssisilər (magistr, doktorant və i.a.) üçün maraqlı mənbədir.
________________________________________
F.Y.Veysəlli. Diskurs təhlilinə giriş. Bakı, “Təhsil”, 2010, 155 s.
Bu kitabda diskursun geniş izahı və onun mətndən fərqi verilir, onun növləri sadalanır və konkret dil materialı əsasında diskursiv təhlil aparılır. Burada, həmçinin diskursun intonasiya və prosodiya əlamətləri də təhlil edilir.

7. Fonoloji tədqiqatın yanlışlıqları haqqında. //“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri”. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. BSU, Bakı, 1/2010, s.91-95 (şərikli müəllif A.Ağayev)..
8. Füzuli poetikasının özəllikləri. “Füzuli”. “Yol Bizim Kültür Araştırma yayınları”: 16. Simpozium Dizisi: 5, Ankara, 2010, s. 340-345.
9. İşarə, anlam, məna və məzmun haqqında (I məqalə). ADU, “Dil və ədəbiyyat”, Bakı, 2010, №2 (13), s. 89-97.
10. (II məqalə). Yenə orada, №3 (14), s.80-92.

________________________________________

Vejsalli F.(Koverfasser: Zejnalova S. Zu den Kontrasten auf der morphologischen Ebene: Deutsch-Aserbaidshanisch.Akten des XII Internationalen Germanistenkongress Warschau 2010. Vielheit und Einheit der Germanistik weltweit. Herausgegeben von Franticisyek Grucya.S.75-77 (insgesamt: 389 S.

Filologiya elmləri doktoru , professor Fəxrəddin Yadigar oğlu Veysəllinin 2011-ci il üçün elmi hesabatı

Məqalələrim

1.Vergleich von zwei Epen: Das Nibelungenlied und das Buch meines Vaters Korkut: Ähnlichkeiten und Untershiede. Beiträge der Bakuer Slavischen Unversität. 2010, 8 S.
2.Einige linguistische Bemerkungen zu sprachlichen Besonderheiten des Nibelungenlieds. Interdisziplinäre Beiträge zur Mittelalterforschung. Bd 28. Hrsg von K:M.Abdullajev, H.Boeschoten, S.Hartmann und U.Störmer- Caysa. Wiesbaden, 2011, S.173-181.
3.Kontraste auf der morphologischn Ebene: Deutsch-Asärbaidshanisch.XII Kongress. 30.07.-7.08.2010.Vielheit und Einhet der Germanistik. Abstracts des Vortrags. Warschau, 2010; S.230(Koverfasser S.Seynalova).
4.Azərbaycan romanistikasının inkişaf mərhələləri:dünən, bu gün, sabah. “Azərbaycanda Xarici dillər”, Bakı, N: Xİ, 2011, s.5-11.
5.Elmdə kəmiyyət keyfiyyətə keçəndə yeni mərhələ başlayır. “Tənqid. Nett.” Bakı, N:7, 2010, s.424-427.
6.Аллофоническое варьирование фонем языка. «Тюркология», 2011, İV, 20 стр.

Kitablarım

1.Diskurs təhlilinə giriş. Bakı, 2010, 140 s.
2.Элементы общей и частной лингвистики. Бакu, «Мютерджим», 2011, 363 стр.

Dərsliklərim

1.Aman dili. Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün. 12 ç.v.(həmmüəllif Z.Quliyev və S.İsmayılzadə)
2.Azərbaycanca-almanca lüğət. Baş redaktor və ön sözün müəllifi. «Şərq-Qərb» nəşriyyatı, 2011, 20 ç.v.

Tərcümələrim

1.Haarman H. Yazının tarixi. “Azərbaycanda Xarici Dillər”, Bakı, 2007-2011, N: I-XI.
2.Das Nibelungenlied. Sərbəst tərcümə. 30 ç.v.
Üç dissertantım müdafiə edib(L.Nəbiyeva, T.Həsənova, Əlirza bəy). Üç dissertant və aspirantım müdafiə ərəfəsinddir(Həqiqət x., Səyanə x. və Minəxanım). Universitet elmi şurasında iki dissertasiya üzrə opponent olmuşam(Əbdülqəni bəy, E.Yusifov).
Hazırda “Türkologiya” jurnalının redaksiya şurasının üzvüyəm, bu jurnala təqdim olunan üç mqaləyə rəy yazmışam.
Bununla yanaşı bu il mənim öz internet saytım açılıb: www.fveyselli.com

Filologiya elmləri doktoru , professor Fəxrəddin Yadigar oğlu Veysəllinin 2012-ci il üçün elmi hesabatı

Məqalələrim

1.Qloballaşma və qlobal dil problemi. “Sivilizasiya”. Bakı Avrasiya universitetinin əsərləri. Dil və ədəbiyyat. Bakı, 2012, N: 1, s.51-59.
2.Экспонентное и семантическое описание морфем языка. «Тюркология», 2012, № 3, стр. .
3.A.Axundov Azərbaycan dilçiliyinin döyünən ürəyidir. “Dilçilik İnstitutunun əsərləri. “0012, N: 1, s. 157-165.
4.Diskurs və semantika. “Yazı” ədəbiyyat dərgisi, Bakı, 2012, N:1, s.153-158.
5.İşarənin aspektləri haqqında. “Yazı” ədəbiyyat dərgisi, Bakı, 2012, N:1, s166-173
6.Qloballaşma və mədəniyyətlərarası ünsiyyətdə qlobal dil problemi. ADU, “Dil və ədəbiyyat” jurnalı, Bakı, 2012, s. 20-26.

Kitablarım və tərcümələrim

1. Ana dili: Azərbaycan dili efirdə. Bakı, 2012, 350 s.
2.Dilimiz. S. Poterin “Our Language” kitabının tərcüməsi. Bakı, 2012, 210 s. (S.Mustafayeva ilə şərikli)
3. N.S.Trubeskoy. Fonologiyanın əsasları. Bakı, 2012, ikinci nəşri, 385 s.
4. H.Haarman. Yazının tarixi. “Azərbaycanda Xarici dillər”, Bakı, 2012, s. 79-83.
5. Azərbaycan dilçiliyinin inkişafı Polşa-Azərbaycan əlaqələri kontekstində. II Varşava Türkoloji simpoziumunda məruzə. 13 IX.2012..
6. Azərbaycan dilində sözün prosodik modelinin ikizirvəliliyinə dair. VII Tük Dili Qurultyında məruzə. 24-28. IX 2012 (Təssüf ki, rəhbərlik icazə vermədi getməyə).
Bundan başqa “Azadlıq” radiosunda (23.II.2011, 2010), AzTv-də (8,II.2012) , İctimai TV-də (21,II.2012), Azərbaycan radiosunda (17.II,2012), “Azərbaycan” qəzetində (2012), “525-ci qəzet”də (8.II, 2012), “Respublika” qəzetində (21.02.2012), “Gündəlik Teleqraf” qəzetində (14.X.2012) və s. mətbuat orqanlarında məqalələrlə çıxış etmişəm.

“Azərbaycanda Xarici Dillər” jurnalı 2007-ci ildən filol.e.d., prof. F.Y.Veysəllinin şəxsi təşəbbüsü əsasında yaranmışdır. Jurnalın təsisçisi və baş redaktoru prof. F.Y.Veysəllidir. Jurnalda Azərbaycan Respublikasında xarici dillərin təlimi, tədrisi, tətbiqi və tədqiqilə bağlı məsələlər işıqlandırılır. Bundan başqa jurnalda psixoloji, sosioloji, neyroloji, kompyuter və s. dilçiliyin problemlərinə həsr olunmuş məqalələr yer alır. Jurnalın ildə 4 sayı çıxır. Toplu dilçiliyimizdə Avropa dilçiliyinə pəncərə açan ilk dilçi-germanşünas, f.e.d., prof. F.Y.Veysəllinin 60 illik yubileyinə həsr olunmuşdur. Topluda ümumi dilçilik, fonetika, fonologiya, morfologiyaya dair məqalələr, həmçinin nəzəri və tətbiqi dilçiliyin aktual problemlərinə dair biblioqrafiya verilmişdir.